Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdləri olsa da, onların hamısı uğursuz alınıb.
"Report" xəbər verir ki, bu barədə Budanov Ukraynanın "New Voice" nəşrinə müsahibəsində bildirib.
Lakin o, konkret hansı hallardan danışdığını dəqiqləşdirməyib.
"Onlar (sui-qəsd cəhdləri – red.) olub, lakin gördüyünüz kimi, indiyə qədər uğursuz olublar", – BKİ-nin rəisi qeyd edib.
BiG.Az