AZ

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.Metbuat.az xəbər verir ki, həlledici matçda İspaniya və İngiltərə yığmaları üz-üzə gələcəklər.Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.Pireneylilər sayca 4-cü, "Dumanlı Albion" təmsilçisi isə ilk qitə çempionluğunu qazanmağa çalışacaq.

Bu, iki komandanın öz aralarında 28-ci dueli olacaq. Əvvəlki matçların 10-u ispanların, 13-ü ingilislərin xeyrinə, 4-ü isə heç-heçə başa çatıb. Qolların nisbətində də İngiltərə millisinin üstünlüyü nəzərə çarpır - 45:32.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
8
metbuat.az

10Mənbələr