AZ

Aİ Orbanı belə cəzalandırmaq istəyir - "Politico"

Avropa İttifaqının xarici işlər nazirləri avqustda Budapeştdə keçiriləcək xarici işlər məsələləri üzrə sammitdən yan keçməklə eyni vaxtda öz “formal” sammitini keçirməyə hazırlaşırlar.

Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.

Aİ Şurasına sədrlik edən Macarıstan avqustun 28-29-da Budapeştdə xarici məsələlər üzrə sammit keçirməyi planlaşdırır.

"Lakin Macarıstanın baş naziri Viktor Orban Ukraynaya yardımı əngəllədikdən və Rusiya diktatoru Vladimir Putin və Çin lideri Si Cinpin ilə icazəsiz görüşlər keçirdikdən sonra, bir çox xarici işlər nazirləri bunu Orbanın növbəti təbliğat şousu hesab edərək ondan yayınmağın yollarını axtarırlar.

Üç Aİ diplomatının sözlərinə görə, Aİ-nin xarici siyasət rəhbəri Cosef Borrel, Orbanın sammiti ilə eyni vaxtda nazirləri "rəsmi" xarici əlaqələr şurasına çağıracaq,

"Əgər ali nümayəndə Borrel tərəfindən təşkil edilən rəsmi xarici əlaqələr şurası eyni gündə baş tutsa, nazirlər Budapeştə gedə bilməyəcəklər" deyə diplomatlardan biri bildirib.

Digəri əlavə edib ki, Budapeşt görüşünü boykot etməklə digər xarici işlər nazirləri “Macarıstanın Aİ-nin sözünü demədiyinə dair aydın siqnal göndərmək istəyirlər”.

“Politico”nun məlumatına görə, plan artıq Fransa və Almaniya da daxil olmaqla bir neçə Aİ ölkəsi ilə qeyri-rəsmi müzakirə olunub. Borrelin komandası planı çərşənbə günü Aİ-nin 27 daimi nümayəndəsinə təqdim edəcək.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
2
qaziler.az

2Mənbələr