AZ

Ən azı iki uşağı olan kasıb ailələrə yeni dəstək

Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin iki və ya daha çox uşağı olan ailələr üçün yeni illik ailə müavinətinin tətbiqini nəzərdə tutan qanunu imzalayıb. Bu yeni tənzimləmə gəlirləri müəyyən səviyyədən aşağı olan işləyən Rusiya vətəndaşlarını hədəfləyir.

Hafta.az-ın yazdığılna görə, yeni federal qanun rəsmi olaraq iyulun 13-də dərc edilib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qanuna əsasən, əlavə dövlət dəstəyi yalnız iki və daha çox uşağı olan və adambaşına düşən gəliri minimum yaşayış minimumunun 1,5 mislindən çox olmayan ailələrə veriləcək, 18 yaşına qədər uşağı olan ailələr (əgər övladları 23 yaşa qədər universitet tələbəsidirsə) bu ödənişdən yararlana bilər.

2025-ci ildən etibarən minimum yaşayış səviyyəsi əhali üçün 17733 rubla (345 manat) qədər artırılacaq. Bu o deməkdir ki, bir ailənin gəliri ayda adambaşına 2699 rubldan (517 manat) çox olmamalıdır. İki uşaq böyüdən və aylıq 53 min rubl (1031 manat) gəlir əldə edən valideynlər bu dəstəkdən yararlana bilməyəcəklər.

Müavinətin məbləği fərdi gəlir vergisi (NDFL) əsasında hesablanacaq. Ailələr əvvəlki il ödədikləri gəlir vergisinin 7 faizini geri ala biləcəklər. Bu yolla aztəminatlı ailələr illik gəlir vergisi ödənişlərinin bir hissəsini geri almaqla “on üçüncü maaş” şəklində dəstək alacaqlar.

Gözləntilər, təxminən 10 milyon uşağın böyüdüyü 4 milyon rus ailəsinin bu yeni müavinətdən faydalana biləcəyidir. Bu məqsədlə federal büdcədən təxminən 101,1 milyard rubl ayrılacaq. Yeni tənzimləmə uşaqlı ailələrə əlavə sosial dəstək vermək məqsədi daşıyır və bu istiqamətdə mühüm addım kimi qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
6
hafta.az

7Mənbələr