AZ

FETÖ təhlükəsi bitməyib-Telman Nüsrətoğlu

Qərb ölkələrində FETÖ bu gün himayə görməkdədir. Amerikada əsaslı təsisatları var.

“İki sahil” xəbər verir ki, bunu Xəzər Universitetinin Türk İslam Araşdırmaları Mərkəzi müdiri Telman Nüsrətoğlu Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin binasında keçirilən “15 Temmuz Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü" konfransında çıxışı zamanı deyib.

“Bu terror təşkilatı hər an Türk dünyasını zəhərləmək potensialına malikdir. Sadəcə Azərbaycan və Türkiyənin bu təşkilatla mübarizəsi yetərli deyil. Çünki dünya üzərində 2 mindən çox təsisatları var. Ona görə də FETÖ ilə mübarizədə birlik lazımdır. Bu təhdid və təhlükə heç vaxt bitməyib. Türk dünyasında ailələr yaxşı təhsil almaları üçün övladlarını Avropaya, Qərbə göndərir, ancaq bu gün Qərbdə FETÖ təhsil sahəsində təsirli bir şəkildə fəaliyyətini davam etdirir”, - o qeyd edib.

Seçilən
210
2
ikisahil.az

10Mənbələr