Bakı. Trend:
Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu “Bavariya”nın oyunçusunun özüaçıqlayıb.
AVRO-2024-ün İspaniya ilə 1/4 final matçı onun yığmada songörüşü olub. Bu qarşılaşmada 34 yaşlı futbolçunun komandası 1:2hesabı ilə uduzub.
Qeyd edək ki, Müller millidə 131 matçda 45 qol vurub. O,DÇ-2014-ün çempionu olub, DÇ-2010, AVRO-2012 və AVRO-2016-nınbürünc mükafatını qazanıb.