AZ

İlon Mask: Trampa sui-qəsd cəhdinə görə ABŞ Məxfi Xidməti təqsirkardır

İlon Mask ABŞ Məxfi Xidmətini sabiq prezident Donald Trampın mitinqində təhlükəsizliyi təmin etməməkdə günahlandırıb.

“İki sahil” xəbər verir ki, Mask bu barədə X sosial platformasında yazıb.

"Məxfi Xidmət təqsirkardır. Nöqtə", - deyə o bildirib.

İş adamı platforma istifadəçilərindən birinin yazısına belə reaksiya verib. Həmin istifadəçi “New York Post” nəşrinin xəbərindən bir parçanı sitat gətirmişdi. Orada deyilir ki, Məxfi Xidmət mitinqdə təhlükəsizliyi təmin etməməkdə yerli polisi ittiham edib.

Mask bundan əvvəl Məxfi Xidmətin başçısını və Trampın mühafizə xidmətinin rəisini istefaya çağırmışdı. Sabiq prezidentin özü isə bildirib ki, ABŞ Məxfi Xidməti atəş açan şübhəlini ilk cəhddə zərərsizləşdirməklə “fantastik iş” görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
56
45
ikisahil.az

10phrase_var_article.sources