AZ

Aİ Macarıstanın xarici siyasət sammitini boykot edərək Orbanı cəzalandırmaq istəyir

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri avqustda Budapeştdə keçiriləcək xarici işlər sammitini boykot etməklə eyni vaxtda öz "formal” sammitini keçirməyə hazırlaşırlar.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Macarıstanın Aİ Şurasına sədrliyi avqustun 28-29-da Budapeştdə xarici əlaqələr sammiti keçirməyi planlaşdırır.

Lakin baş nazir Viktor Orban Ukraynaya yardımı əngəllədikdən və Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə icazəsiz görüşlər keçirdikdən sonra, bir çox xarici işlər nazirləri Orbanın növbəti təbliğat şousu kimi gördükləri şeylərdən yayınmağın yollarını axtarırlar.

Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrel Orbanın sammiti ilə eyni vaxtda nazirləri "rəsmi" xarici əlaqələr şurasına çağıracaq, - üç Aİ diplomatı bildirib.
"Əgər ali nümayəndə [Borrel] tərəfindən təşkil edilən rəsmi xarici əlaqələr şurası eyni gündə baş tutsa, nazirlər Budapeştə gedə bilməyəcəklər", - deyə diplomatlardan biri bildirib.

Digəri əlavə edib ki, Budapeşt görüşünü boykot etməklə digər xarici işlər nazirləri "Macarıstanın Aİ adından danışmadığına dair aydın siqnal vermək istəyirlər”.

"Politico”nun məlumatına görə, plan artıq Fransa və Almaniya da daxil olmaqla bir neçə Aİ ölkəsi ilə qeyri-rəsmi müzakirə olunub. Borrelin komandası planı çərşənbə günü Aİ-nin 27 daimi nümayəndəsinə təqdim edəcək.

Xatırladaq ki, iyulun 2-də Orban Kiyevə səfər edib və burada prezident Volodimir Zelenskini Rusiyanın işğalına qarşı müqaviməti dayandırmağa, silahları yerə qoymağa və sülh danışıqlarına razılıq verməyə dəvət edib.

İyulun 5-də Orban Moskvaya gedib və orada Putinlə danışıqlar aparıb. Bundan sonra Macarıstanın baş naziri sülh missiyası ilə Çinə gedib. 
Aİ rəsmiləri bu səfərləri tənqid edib və Orbanın ittifaq adından danışmağa mandatı olmadığı bildirilib. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
19
qaynarinfo.az

10Mənbələr