AZ

“Rusiya onların düşmənidir, ona görə də Ermənistan...” - İgityan

“Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitinin tərəfdaş formatı tədbirində iştirakı ölkəyə üstünlük vermədi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Karen İgityan bildirib.

“Əlbəttə, Ermənistan istər Fransa, istər Almaniya, istər Yunanıstan, istərsə də hər hansı başqa ölkə ilə ortaq gündəmi olan ölkələrlə əməkdaşlıq etməlidir. Ancaq bir vacib şərt var - bu əməkdaşlıq digər tərəfdaşlarla münasibətlərə qarşı olmamalıdır. Digər sual ondan ibarətdir ki, Qərb indi şərt qoyur: bizimlə işləmək istəyirsinizsə, anti-Rusiya mövqeyinizi nümayiş etdirin. Rusiya onların düşmənidir və ona görə də Qərblə əməkdaşlıq etmək istəyənlərin hamısı Rusiyaya da qarşı olduqlarını nümayiş etdirməlidirlər. Prinsipcə, Ermənistan hakimiyyətinin etdiyi budur”, - deyə İgityan “Pressinq” proqramında deyib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
39
musavat.com

10Mənbələr