Ölkəmizdə səfərdə olan MÜSİAD Ankara İdarə Heyətinin sədri Hasan Fehmi Yılmazın rəhbərliyi altında gələn heyət və Türkiyənin Baş ticarət müşaviri Ahmet Erdal MÜSİAD Azərbaycan ofisində düzənlənən səhər yeməyində iştirak edib.
Səhər yeməyi zamanı tərəflər bir-birlərini tanıdıb. Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, MÜSİAD Azərbaycan İdarə Heyətinin və üzvlərin də qatılımı ilə B2B görüşü təşkil edilib.
Rəşad Cabirli görüş zamanı iki dövlətin qardaşlığını vurğulayıb, birlikdə daha böyük işlərə imza atacaqlarına ümid bəslədiyini bildirib.Görüşdə Azərbaycandakı yatırımlar, iş imkanları barəsində məlumat verilib, Qarabağdakı yeni layihələr barəsində danışılıb.
Daha sonra gələcək fəaliyyətlər və birlikdə edilə biləcək işlər müzakirə edilib. Bir sonraki görüşün Ankarada keçirilməsi qərara alınıb.
Sonda tərəflər qarşılıqlı bir-bilərinə hədiyyələrini təqdim edib.
Far.Az