AZ

Cinsi istəyi artırmaq üçün ən yaxşı qidalar

Dietoloqlar  Kler Tornton-Vud və Eyslinq Piqott cinsi istəyi artırmaq üçün rasiona daxil edilməli olan qidaları açıqlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, Tornton-Vud  ehtirası artırmaq üçün ən yaxşı qidalar olaraq qızılbalıq, tuna, avokado, zeytun yağı və toxumlu məhsulları qeyd edib.

Onun sözlərinə görə,, bu qidalarda omeqa-3 kimi monodoymuş və çoxlu doymamış yağlar var ki, bu da cinsi hormon testosteronun səviyyəsini artırmağa kömək edir. "Omeqa-3-lərin adekvat qəbulu ürək-damar sağlamlığı və yaxşı qan axını ilə əlaqələndirilir ki, bu da cinsi oyanma üçün vacibdir", - dietoloq vurğulayıb.
 
Onun həmkarı Piqott qadın ehtirasını artırmaq üçün alma yeməyi məsləhət görüb. Onun sözlərinə görə, meyvələrin qadın reproduktiv sisteminə nə üçün faydalı təsir göstərdiyi dəqiq məlum deyil, bu, yəqin ki, tərkibindəki polifenollarla və antioksidantlarla bağlıdır.

"731 qadın üzərində aparılan bir araşdırma, altı ay ərzində hər gün bir alma yeməyin oyanma və məmnunluq daxil olmaqla, cinsi performansı yaxşılaşdırdığını göstərdi", - Piqott deyib.

Dietoloq qeyd edib ki, qadın seksuallığı üçün təkcə alma faydalı deyil. O əlavə edib ki, rasionunuza daha çox tərəvəz, meyvə və paxlalılar əlavə etməklə cinsi həyatınızı yaxşılaşdıra bilərsiniz.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
446
9
milli.az

10Mənbələr