Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.