AZ

Türkiyə Azərbaycanın bu addımını alqışladı

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını alqışlayıb.

Olaylar bildirir ki,  bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Türkiyə Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin öz məcrasına qayıtmasını bölgədə sabitlik və əməkdaşlıq ruhu üçün vacib hesab edir", - bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gün Azərbaycan XİN Tehranda səfirliyimizin fəaliyyətini yeni binada bərpa etdiyini və səfirlik əməkdaşlarının iş yerinə qayıtdığını elan edib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
130
50
olaylar.az

10Mənbələr