AZ

İpoteka və Kredit Zəmanət Fondunun verdiyi kreditin məbləği açıqlandı

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu 2024-cü ilin yanvar-iyunaylarında 230,2 milyon manat həcmində ipoteka krediti verib ki,onun da 64,6 milyon manatını güzəştli ipoteka kreditləri təşkiledir.

Trend bu barədə Fonda istinadən xəbər verir.

Bildirilib ki, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına1710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və yaailə özünün mənzil şəraitini yaxşılaşdırıb.

İyul ayının 1-nə olan məlumata görə, 2024-cü ildə verilmişipoteka kreditlərinin orta məbləği 91000 manat olub.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkinödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1iyul 2024-cü il tarixinə Fond tərəfindən 81,5 milyon manatməbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.

Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,1 milyard manatdəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzilşəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindənfaydalananların 67%-i gənclər və gənc ailələrdir.

Məqalədə:
Seçilən
119
11
az.trend.az

10Mənbələr