"Bakı Tikiş Evi" ASC-də maliyyə işləri üzrə sədr müavini Elnur Rəhimovun deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Bizim.Media azxeber.com-a istinadən xəbər verir ki, Elnur Rəhimov 23 saylı Nəsimi - Səbail seçki dairəsindən deputatlığa namizəd olub.
35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib.
2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.
Elnur Rəhimov atası Fidail Rəhimov Bakı Tikiş Evinin direktorudur.
Qeyd edək ki, 23 saylı Nəsimi - Səbail seçki dairəsindən deputat Ziyad Səmədzadədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta