AZ

Paşinyan artıq Londondadır...- İlham Əliyevlə görüşəcəyi gözlənilir...-FOTO+VİDEO

Ermənistan baş naziri Nikol Paşinyan xanımı Anna Akopyanla birlikdə  artıq Böyük Britaniyada- Londondadır. Baş nazir Avropa Siyasi Birliyinin dördüncü sammitinin açılış mərasimində iştirak edəcək.
 
Moderator.az xəbər verir ki, "Armtimes" nəşri Paşinyan və həyat yoldaşının Londondan görüntülərini yayımlayıb.

Xəbər verildiyi kimi, iyulun 18-də Böyük Britaniya paytaxtında Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.

Avropa Siyasi Birliyinin dördüncü sammitinə 47 dövlət və hökumət başçısı dəvət olunub. Dəvət olunanlar arasında Avropa İttifaqına üzv ölkələr, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və digər ölkələr var.

"ANS Press"-inyaydığı məlumatda deyilir ki, "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək.

Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub".

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyulun 18-də Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək.

Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Xatırladaq ki,  Azərbaycan tərəfi Avropa Siyasi Birliyinin daha əvvəl Çexiya və Moldovada baş tutan sammitlərində təmsil olunub.  Lakin rəsmi Bakı 2023-cü ilin iyununda  İspaniyada keçirilən sammitdə Fransanın qərəzli hesab etdiyi mövqeyinə görə etiraz əlaməti olaraq iştirak etməyib. 

Ölkə lideri İlham Əliyevin də London sammitində iştirak edəcəyi gözlənilir. Lakin hələ rəsmi məlumat verilməyib.

Azərbaycan və Ermənistan liderlərinin İngiltərədə görüşə biləcəyi də istisna edilmir.

S.Laçın

Seçilən
115
23
moderator.az

10Mənbələr