Müğənni Teylor Sviftin “The Tortured Poets Department” (“Əzab çəkən şairlər bölməsi”) albomu ABŞ-də ilin ən populyar albomu olub. 2024-cü ilin ilk yarısında albomun tirajı 4,66 milyon nüsxə təşkil edib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, satılan nüsxələrin sayına striminq platformalarında ekvivalent dinləmələr də daxildir.
Onun albomu “Billboard” 200 cədvəlində 12 həftə zirvədə qalıb. Bununla yanaşı, albom ənənəvi daşıyıcılarda və rəqəmsal yükləmələr vasitəsilə satış rekordunu qırıb.
Musiqisevərlər Sviftin relizindən 2,47 milyon nüsxə alıblar.