“ABŞ-ın müttəfiqləri təhlükəsizliklərini təmin etmək və sülhü qorumaq üçün özləri məsuliyyət daşıyacaqlar”.
“Report” xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens Miluokidə keçirilən milli qurultayda çıxışı zamanı deyib.
O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, bütün dünyada sülhün qorunması yükünü müttəfiqlərimiz daşıyacaq:
“Ölkələr (ABŞ müttəfiqləri – Qeyd) üçün daha pulsuz səyahət yoxdur”.