AZ

Devid Vens:  "ABŞ Almaniyanın və digər Avropa ölkələrinin təhlükəsizliyinin qoruyucusu kimi çıxış etməməlidir"

ABŞ hərbi təhlükə yarandığı halda Avropa ölkələrinin müdafiə qabiliyyətini təmin etməyə borclu deyil.

Bakıvaxtı.az xarici mediaya istinadən bildirir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.

"Harris administrasiyasının "Putini dayandırmasaq, Almaniyaya girəcək" deməsinə gəlincə, birincisi, bu doğru deyil, ikincisi, bu, Almaniyanın müdafiə qabiliyyəti haqqında nə deyir? Bu, dünyanın dördüncü və ya beşinci ən böyük iqtisadiyyatıdır. Almanlar öz müdafiələrinə sərmayə qoymalıdır. ABŞ Almaniyanın və digər Avropa ölkələrinin təhlükəsizliyinin qoruyucusu kimi çıxış etməməlidir", - o bildirib.

Seçilən
236
49
bakivaxti.az

10Mənbələr