AZ

İsrail ordusu "İslam cihadı" qruplaşmasının dəniz qüvvələrinin rəhbərini zərərsizləşdirib

Bakı, TurkicWorld

İsrail ordusu Qəzza zolağında "İslam Cihadı" qruplaşmasının dəniz qüvvələrinin rəhbəri Ənəs Muradı zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr kəşfiyyat məlumatlarına əsasən endirilib.

Bundan başqa, Qəzza zolağında havadan endirilən zərbələr nəticəsində "İslam Cihadı" qruplaşmasının daha bir üzvü öldürülüb. Onun 7 oktyabr 2023-cü il tarixindəki hücumda, həmçinin, İsrail ərazisinin raketlərlə atəşə tutulmasında iştirak etdiyi bildirilir.

Seçilən
185
1
turkic.world

10Mənbələr