AZ

İsrailin 7 oktyabrdan bəri həbs etdiyi fələstinlilərin sayı AÇIQLANDI

İsrail 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərbində 9720-dən çox fələstinlini həbs edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatınının birgə açıqlamasında deyilir.
 
Açıqlamada İsrail ordusunun Şərqi Qüdslə yanaşı İordan çayının qərbində Hebron, Ramallah, Nablus və Beytüllahim şəhərlərində də fələstinlilərin evlərinə basqın təşkil etdiyi və bu basqınlarda ən az 18 fələstinlinin nəzarətə alındığı bildirilib.

Qeyd olunub ki, İsrailin 286 gündür davam edən sistemli hücumları zamanı nəzarətə alınan fələstinlilər arasında 330-dan çox qadın olub.

Həbs edilənlər arasında jurnalistlər də var. Oktyabrdan bu yana həbsdə olan 89 jurnalistdən 51-i hələ də sərbəst buraxılmayıb. 

Təkcə İsrailin Deymon həbsxanasında 82 fələstinli qadının saxlanıldığı və onlardan birinin hamilə olduğu, İsrail həbsxanalarındakı fələstinli uşaqların sayının isə ən az 250 olduğu bildirilib.

Mikayıl
Seçilən
96
7
azxeber.com

8Mənbələr