Makron Ermənistanı silahlandırmasından danışdı
Fransa Prezidenti Emmanuel Makron Ermənistana silah tədarükü ilə bağlı açıqlama verib.BUTA.TV xəbər verir ki, Makronun sözlərini Fransanın Ermənistandakı səfiri Olivye Dekottini özünün X mikrobloqunda paylaşıb. “Prezident Emmanuel Makron Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı: Silahlanmaq istəyən və başqa ölkənin təcavüzünə məruz qala biləcəyini düşünən suveren ölkənin sorğusuna cavab vermək normaldır”, - Dekottini Makrondan sitat gətirib.