AZ

TRAMPA SUİ-QƏSD: İranın adı niyə hallanır? - TƏHLİL

Prezidentliyə namizəd, ABŞ-nın eks-prezidenti Donald Trampa qarşı yenidən sui-qəsd təşkil edilə biləcəyinə dair iddia yayılıb. Diqqətçəkən məqam isə sui-qəsdin İran tərəfdən törədiləcək olmasıdır.

Mümkündür ki, elə iddia da məhz Bayden komandası tərəfindən mediaya sızdırılıb. Bu yolla onlar iki şeyə nail olmaq istəyirlər:

Birincisi, Donald Tramp sui-qəsddən sonra seçicilər ilə daha sıx görüşür, mitinqlərə qatılır. Qorxmaz obraz yaradan Tramp bu yolla reytinqini artırır. Trampa qarşı yeni sui-qəsdin olacağı iddiasını irəli sürərkən Bayden komandası onu qorxutmaq, meydanlara gəlməkdən çəkindirmək istəyir.

İkincisi, Trampın elektoratı günü-gündən artır. Hər mitinqdə daha çox insan ona dəstək verməyə gəlir. Sui-qəsd iddiasının irəli sürülməsinin bir səbəbi də məhz bu kütləni qorxutmaq, təşviqat mitinqlərində kütləviliyin qarşısını almaqdır. Xüsusilə İran faktoru dövriyyəyə buraxılaraq ehtimal sui-qəsdin kamikadze şəklində kütləvi hal ala biləcəyi mesajını verir.

Turan Rzayev

MİA.AZ

Seçilən
80
1
mia.az

4Mənbələr