AZ

Millimiz İsveçrəyə qarşı - Avropa çempionatı

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Prosport.Az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda matça çıxacaq.

Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışda İsveçrə ilə qarşılaşacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız turnirdə ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, komandamız qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında uduzub.

Seçilən
100
23
prosport.az

10Mənbələr