AZ

Newsmax: Bayden namizədliyini geri götürməyi planlaşdırır, lakin...

Prezident Co Bayden seçki yarışından çəkilmək qərarına gəlib. Ağ Evin hazırkı rəhbəri bunu həftəsonu elan etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bunu sağçı mühafizəkar onlayn nəşr olan "Newsmax”ın jurnalisti Mark Halperin ABŞ Demokratik Partiyasındakı "çoxsaylı mənbələrə” istinadən yazır.

"Onun üçün nitq hazırlanıb. O, prezident kimi fəaliyyətini davam etdirəcək. Mənə onu da bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz varisi kimi dəstəkləməyəcək”, – jurnalist yazır. Onun sözlərinə görə, Demokrat Partiyasının nümayəndələri Baydenin yeni demokrat prezidentliyə namizədin seçilməsi üçün açıq prosesi dəstəkləyəcəyini gözləyirlər.

X sosial şəbəkəsində Mark Halperin eyni mənbələrə istinadən yazıb ki, Kəmalə Harris artıq öz vitse-prezidenti vəzifəsinə namizədləri nəzərdən keçirir. Halperin onların arasında Kentukki qubernatoru Endi Beşirin adını çəkir. Jurnalist, həmçinin Şapiro soyadını da qeyd edir. O, çox güman ki, Pensilvaniya qubernatoru Coşua Şapironu nəzərdə tutur.

ABC News-un ABŞ prezident administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Co Bayden Harrisin yarışa girəcəyi təqdirdə onun perspektivləri ilə bağlı amerikalıların fikirlərini öyrənmək üçün sorğu keçirməyi xahiş edib.

ABŞ-ın hazırkı prezidentinin seçkilərdə qalib gələ biləcəyi ilə bağlı müzakirələr onun Respublikaçı namizəd Donald Trampla uğursuz debatından sonra başlayıb. "The Financial Times” qəzetinin yazdığına görə, Demokrat Partiyasının donorları Co Baydenin seçki kampaniyasına ianə verməkdən imtina ediblər və bu, onu yarışı tərk etməyə yaxınlaşdırıb.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
qaynarinfo.az

10Mənbələr