Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp qalib gəlsə, onunla əməkdaşlıq çətin iş olacaq. O, həmçinin Trampın vitse-prezidentliyə namizədi, senator Cey Di Vensi tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.
Hələ 2022-ci ildə verdiyi müsahibədə Di Vens "Ukraynanın başına nə gələcəyinə əhəmiyyət vermədiyini" söyləyib.
"Ola bilsin ki, o, həqiqətən də Ukraynada nə baş verdiyini anlamır, ona görə də biz ABŞ-la işləməli olacağıq”, - Volodimir Zelenski bildirib. O əlavə edib ki, Ukrayna hökuməti ABŞ-da hakimiyyətə gələn hər kəslə işləməyə hazırdır.
Vens özü də əvvəllər ABŞ-ın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı siyasətini dəfələrlə tənqid edib. 2023-cü ilin dekabrında "Fox News”da senator Zelenskinin Vaşinqtona səfərini "gülünc” və "utanc verici məzhəkə” adlandırıb.
C..D.Vens bir gün əvvəl, iyulun 18-də Respublikaçılar partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən elan edib. O, 2016-cı il seçkilərindən əvvəl Donald Trampı tənqid edib, lakin 2018-ci ildə mövqeyini dəyişib və 2020-ci il seçkilərində onu dəstəkləyib.
Nizami Bağırov