AZ

Paris Olimpiadasında iştirak etmək üçün ağlasığmaz addım atdı

Avstraliyalı otüstü hokkeyçi Mett Douson Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün ağlasığmaz addım atıb.

Publika.az xəbər verir ki, Douson bu yaxınlarda barmağını sındırıb. Onun zədəyə görə Olimpiadanı buraxmaq ehtimalı yaranıb. Lakin idmançı gips taxmaq əvəzinə zədələnmiş barmağının yuxarı hissəsinin amputasiya edilməsinə qərar verib.

“Vəziyyətin qəlizləşdiyini anladıqdan sonra cərrahla görüşmək qərarına gəldim. Təkcə Olimpiadada iştirak xatirinə deyil, həm də gələcək həyat naminə bu addımı atdım. Ən yaxşı seçim barmağın yuxarı hissəsini kəsmək idi”, - deyə hokkeyçi bildirib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
publika.az

10Mənbələr