AZ

“Bayden tezliklə prezidentlik yarışından geri çəkiləcək” –Konqresin keçmiş spikeri

ABŞ prezidenti Co Baydeni tezliklə prezidentlik yarışından geri çəkilməyə razı sala bilərlər. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi qanunverici orqanın aşağı palatasında demokratlara deyib. 

Azpost.info-nun məlumatına görə, bu barədə Demokratlar Partiyasındakı mənbələrə istinadən The Washington Post (WP) məlumat yayıb.

Keçmiş spiker partiya üzvlərinə deyib ki, Bayden noyabrda qalib gəlmək şansına dair ciddi şübhələr fonunda tezliklə seçkidən kənarlaşdırıla bilər. Partiya daxilində hələ də əhəmiyyətli təsirə malik olan Pelosi prezidentin seçkidə iştirakdan imtina etməyə yaxın olduğuna inandığını söyləyib.

Konqresdəki mənbələrin bildirdiyinə görə, Pelosi dəfələrlə Ağ Evdə siyasi böhranı müzakirə etməyə və onu aradan qaldırmaq yollarını axtarmağa hazır olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
azpost.info

10Mənbələr