AZ

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

Aktual.az xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilmiş, 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
46
ulusum.az

10Mənbələr