Aktual.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "Muğan Bank”a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 19 ünvanındakı dəyəri 70 min manat olan 198,62 kv.metrlik bağ evindən, eləcə də "Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik qeyri-yaşayış sahəsindən və "AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.