ABŞ Dövlət katibi Entoni Blinken ölkəsinin gələcəkdə Ukraynaya yardım göstərməkdən imtina edə biləcəyini etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxış edərkən deyib.
“Əlbəttə ki, hər bir administrasiyanın özünün siyasətini təyin etmək imkanı var, biz gələcəyə zəmanət verə bilmərik”, - deyə Blinken müvafiq suala cavabında bildirib.
Eyni zamanda, Blinken ABŞ və Ukrayna arasında bu yaxınlarda imzalanmış təhlükəsizlik sazişini xatırladıb:
"Əgər biz bundan imtina etsək... Etiraf edirəm ki, bu mümkündür. Amma xoşbəxtlikdən, daha 20-dən çox ölkə (Kiyevlə analoji müqavilələr bağlayan Qərb ölkələri)var”.