AZ

La Liqada ən çox maaş alan futbolçular bəlli oldu

 İspaniya La Liqasında ən çox maaş alan oyunçular bəlli olub.

90deqiqe.Az-ın "Capology"ə istinadən məlumatına görə, siyahıya  ildə 37,5 milyon avro maaşla "Barselona"nın yarımmüdafiəçisi Frenkie de Yonq yer alıb.

Onun komanda yoldaşı Robert Levandovski ikinci yerdədir (33,3 milyon avro). İlk üçlüyü illik 31,2 milyon avro məvaciblə "Real Madrid"in yeni hücumçusu Kilian Mbappe tamamlayıb.

Bu məbləğlər vergidən əvvəldir.

Xatırladaq ki, de Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya keçmişdi. Bu müddət ərzində o, bütün yarışlarda 213 matçda iştirak edib, 17 qol vurub, 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
6
90deqiqe.az

10Mənbələr