AZ

Azərbaycan Paris-2024-də 3 paracüdoçu ilə təmsil olunacaq

Bakı. Trend:

Paris-2024 Paralimpiya Oyunlarında Azərbaycan 3 paracüdoçu ilətəmsil olunacaq.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumatyayıb.

Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva(J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlhamZəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq.

Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəkimövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziyaqazanıblar. Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsitərəfindən göndərilən sorğu əsasında Beynəlxaq ParalimpiyaKomitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”)verilib.

Qeyd edək ki, Paris-2024 Paralimpiya Oyunları avqustun 28-dənsentyabrın 8-nə kimi davam edəcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
14
az.trend.az

10Mənbələr