AZ

Rusiya-Finlandiya sərhədi pozulub

Rusiya ilə Finladiya arasındakı sərhəd 3-cü dəfə pozulub.

“İki sahil” xəbər verir ki, bu barədə Finlandiyanın sərhəd mühafizəsinin rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, Rusiya motorlu qayığı Finlandiya sərhədini keçərək Pixayarvi gölünə daxil olub və sonra yenidən geri qayıdıb.

Bildirilir ki, iyulun 11-i və 14-də də Rusiya ilə Finlandiya arasında qeyri-qanuni sərhəd keçidləri qeydə alınıb.

2023-cü ilin noyabrında Finlandiya üçüncü ölkələrdən miqrant axını bəhanəsi ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
15
ikisahil.az

10Mənbələr