AZ

Biomimetika anlayışı nədir? (mətin və audio)

 

  Bu gün təbii prosesləri və orqanizmləri təqlid edərək davamlı və təsirli həllər hazırlamağı qarşısına məqsəd qoyan biomimetika anlayışı haqqında danışacağıq.

  Biomimetika – qədim yunan sözü olub “bios” həyat, “mimesis” təqlid etmək (imitasiya) deməkdir. Yəni biomimetika təbiətdə olan sistem və modellərin insanların çətin problemlərinin həlli üçün imitasiyasıdır. İnsanlar daima həyatlarında olan problemlərin həlli üçün cavabı təbiətdə axtarır. Təbiət texniki problemləri özü həll edir: öz-özünə şəfa qabiliyyəti, ətraf mühitə təsir və müqavimət, hidrofobluq, tolerantlıq, günəş enerjisi və s. Biomimetika təbiətdəki strukturları, sistemləri və prosesləri araşdırır, onları mühəndislik, memarlıq və texnologiya sahələrində təqlid edir. Sənaye dizaynerləri və texnologiya tərtibatçıları getdikcə daha çox təbiətə üz tutur və insan həyatını asanlaşdıracaq məhsullarda üzvi sistemlər axtarırlar. Məqsəd canlıların struktur xüsusiyyətlərini kopyalayaraq daha səmərəli, davamlı və yenilikçi texnologiyalar inkişaf etdirməkdir.

  Günəş panelləri biomimetikanın ən məşhur tətbiqlərindən biridir. Bitkilərin fotosintez yolu ilə günəş enerjisindən səmərəli istifadəsi prosesi kimi günəş panelləri də günəş işığını daha səmərəli şəkildə elektrik enerjisinə çevirmək məqsədi daşıyır. Yarpaqların səth quruluşu və enerjiyə çevrilmə mexanizmi əsasında hazırlanan günəş panelləri enerji səmərəliliyini artırmaq üçün nəzərdə tutulub. Tibb, inşaat və tekstil kimi bir çox fərqli sahədə istifadə edilən lif də biomimetik məhsuldur. Hörümçək ipəyindən ilhamlanaraq hazırlanan sintetik liflər poladdan möhkəm və eyni zamanda çox yüngüldür. İnanılmaz dərəcədə davamlı və çevik olan hörümçək torlarının təbii quruluşu insanı daha da yüksək performanslı və yüngül materiallar hazırlamağa ruhlandırır.

  Təbiətdən ilhamlanan məhsullara misal olaraq Yaponiyadakı Şinkansen güllə qatarını çəkmək olar. Mühəndislər qatarı inkişaf etdirərkən qırmızı balığın suda hərəkətini əsas götürüblər. Qırmızı snapperin başı su müqavimətini minimuma endirərək sakit və sürətli hərəkət etməyə imkan verir. Bu struktur qatarın aerodinamik dizaynına tətbiq edilib, sürəti artırıb və səs-küyü azaldıb.

  Afrikadakı termit yuvaları binaların qızdırılması və soyudulmasında daha az enerji ilə yüksək səmərəliliyə nail olmaq üçün bir modeldir. Termitlərin qurduğu yuvalar daxili temperaturu sabit saxlayaraq çöldəki temperaturdan asılı olmayaraq mikroiqlim yaradır.

  Bir çox oxşar nümunələrdən də göründüyü kimi, biomimetriya üsulu ilə inkişaf etdirilən texnologiyalar enerji səmərəliliyinin artırılması, tullantıların miqdarının azaldılması və daha dayanıqlı bir dünya qurulması üçün müsbət addımlardır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
trt.net.tr

10Mənbələr