“CBS News” ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlardan kimə səs verəcəklərini soruşub.
Azreform.info xəbər verir ki, sorğunun nəticəsinə görə, Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra onun reytinqi artıb və Baydeni üstələyib.
Belə ki, sorğu nəticəsində Trampın səs nisbəti 52%-ə yüksəlib, Co Baydenin səsi isə 47%-ə düşüb.
Baydenin seçkidən geri çəkiləcəyi təqdirdə Demokratların namizədi kimi qəbul edilən Trampla vitse-prezident Kamala Harrislə qarşı-qarşıya gələ bilər. Belə olan halda belə Trampın 51 %, Harrisin isə 48% səs toplayacağı təxmin edilir.
Billurə Yunus