AZ

Şuşada Qlobal Media Forumu davam edir

İyulun 21-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun ikinci gününə davam edir.

Day.Az Trend-ə istinadən bildirir ki, forumun ikinci günündə panel müzakirələri keçiriləcək.

Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Forum iyulun 22-dək davam edəcək.

Seçilən
133
39
day.az

10Mənbələr