Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışını geniş işıqlandırıb.
Viral.az xəbər verir ki, Şimali Kiprin “GençTV” telekanalı bu yaxınlarda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə ŞKTC Prezidentinin iştirakı ilə bağlı Azərbaycan rəhbərinin bəyanatlarına diqqət çəkib.
Telekanal Prezident İlham Əliyevin Kipr türk xalqını dəstəkləməyə hazır olması ilə bağlı sözlərini vurğulayaraq, Azərbaycan liderinin TDT-nin gələcəyi ilə bağlı mövqeyindən də bəhs edib.
Türk Ajansı Kıbrıs dövlət xəbər agentliyi Prezident İlham Əliyevin ŞKTC-nin TDT-də müşahidəçi statusunun tanınmasına münasibəti ilə bağlı materialı abunəçiləri ilə paylaşıb. Agentlik Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı bəyanatının tam mətnini təqdim edib.
Şimali Kiprin digər xəbər agentliyi – KHA abunəçilərin diqqətini Azərbaycan Prezidentinin Ermənistanla tezliklə sülh əldə etmək ehtimalı ilə bağlı sözlərinə cəlb edib.
Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumundakı çıxışı Kiprin BRT telekanalının reportajında da işıqlandırılıb.
“Kıbrıs Postası”, “Kıbrıs Gündem” və “Kıbrıs Gazetesi” qəzetlərində də Azərbaycan Prezidentinin Şuşadakı çıxışı ilə bağlı xəbərlər dərc olunub.
a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }