ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kim olmasından asılı olmayaraq qalib gələcək.
“Report” xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens "X" səhifəsində bildirib.
“Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kim olacağından asılı olmayaraq bunu edəcəyik”, - Vens qeyd edib.
O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib:
"Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub”.