AZ

Parlament seçkilərində iştirak üçün 700 nəfərin namizədliyi təsdiqlənib

İndiyədək sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən 700 nəfərin namizədliyi təsdiqlənib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. 
 
O bildirib ki, ümumilikdə prosesdə iştirak üçün 1048 nəfər müraciət edib.  
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
anews.az

10Mənbələr