Bakıda avtomobil 3 yaşlı körpəni vuraraq öldürüb. Bakıda avtomobil ana və balanı vurub, azyaşlı ölüb.
Referans.az xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta