AZ

Ararat Mirzoyan Avropa İttifaqına təşəkkür edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqına təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Mirzoyan bu barədə X-də paylaşım edib.

 

"Biz Avropa Fondu çərçivəsində Ermənistana dəstək vermək və viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün Aİ-nin xarici işlər nazirləri səviyyəsində qəbul etdiyi tarixi qərarları alqışlayırıq. Bu, Ermənistan və Aİ arasında ortaq dəyərlərə, prinsiplərə və tərəqqi baxışına əsaslanan dərinləşən tərəfdaşlıqda çox mühüm mərhələdir", - o qeyd edib.

 

"Aİ və Aİ-yə üzv ölkələrdən olan həmkarlarıma səmimi təşəkkürümü bildirirəm", - erməni nazir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
modern.az

10Mənbələr