Alimlər müəyyən ediblər ki, aralıq oruc və sağlam qidalanma yaşlı insanlarda idrak funksiyasını yaxşılaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə araşdırma "Cell Metabolism" (CellMet) elmi jurnalında dərc olunub.
Təcrübədə piylənmə və insulin müqaviməti diaqnozu qoyulmuş 40 yaşlı insanlar iştirak edib. Bədənin bu vəziyyəti beynin sürətlə qocalması və zehni qabiliyyətlərin azalması riskini artırır. Təcrübə zamanı könüllülərə aralıq oruc və ya sağlam qidalanma olmaqla iki pəhriz təyin edilib.
Tədqiqatın nəticələri göstərib ki, həm aralıq oruc, həm də sağlam həyat tərzi pəhrizi insulin müqavimətinin azalmasına və idrak funksiyasının yaxşılaşmasına səbəb olub. Hər iki qrupdakı iştirakçıların insulin müqavimətində azalma müşahidə olunmuş, lakin aralıq oruc tutan qrupda irəliləyişlər daha aydın hiss olunmuşdur. Bu, neyron hüceyrədənkənar veziküllərdə olan insulin müqavimətinin spesifik biomarkerlərinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir.
Beyin sağlamlığı baxımından, tədqiqat hər iki pəhrizin, icra funksiyası üçün kritik olan beyin bölgələrində beynin qocalma sürətini yavaşlatmağa kömək etdiyini müəyyən edilib.
Zərifə Nağıyeva