Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
KONKRET.az xəbər verir ki,fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641 (Cild I) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7.4.12-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 7.4.14-cü yarımbənd ləğv edilsin;
1.2. 7.11-ci bənddə “7.4.14-cü” sözləri “7.4.12-ci” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.