AZ

Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunun açılışı olub

Bakı. Trend:

İyulun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsinin (ATİAHİ RK) Xaçmaz rayonunun Nabranqəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində yeni tikilənkorpusun açılışı olub.

Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatıSəttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ElnurRzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri və KİVnümayəndələri iştirak ediblər.

AHİK sədri binaya baxış keçirib. Bildirilib ki, üçmərtəbəlikorpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si 3 nəfərlik, 33-üisə 5 nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducuilə təchiz olunub.

Konfederasiya sədri istirahət mərkəzinin ərazisində yenitikilmiş 2 kotecin də açılışını edib. Məlumat verilib ki, koteclərikimərtəbəlidir və hər kotec 10 nəfər üçün nəzərdə tutulub(ümumilikdə 20 nəfər). Koteclərdə ittifaq üzvlərinin rahatdincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.

Bunlardan başqa, mərkəzin ərazisində istirahət edənlərin çimibsərinləməsi üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olanhovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırıtəmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya əməliyyatlarıaparılır.

Həmçinin, istirahət məkanının yeməkxanası və mətbəxi yenidəntəmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli vəAvropa mətbəxlərinin müxtəlif təamlarından dadırlar.

Yeni tiklilərlə tanışlıqdan sonra Konfederasiya sədri SəttarMöhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpus otaqlarınavə kotteclərə baxıb, ittifaq üzvlərinin dincəlməsi üçün yaradılmışşəraitlə yaxından tanış olub. Həmçinin sədr mərkəzdə dincələninsanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərinivə təkliflərini öyrənib. AHİK sədri mərkəzin rəhbərliyinə texnikitəhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunması barədətapşırıqlarını verib.

Sonda AHİK sədri Səttar Möhbalıyev jurnalistlərin suallarınıcavablandırıb. Bildirib ki, 2013-cü ildə istifadəyə verilən“Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatəedir:

“Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu,kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları,açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub,konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massiviilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay vəərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahətüçün əlverişli məkana çevirir”.

Səttar Möhbalıyev əlavə edib ki, təhsil işçilərinin, eləcə də,həmkarlar ittifaqlarının bütün üzvlərinin səmərəli və mənalıistirahəti üçün bundan sonra da müvafiq addımlar atılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
25
az.trend.az

10Mənbələr