AZ

Günün qoroskopu: emosional dəstəyə ehtiyacınız olacaq

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - peşəkar fəaliyyətinizdə maksimum dərəcədə ehtiyatlı olun. Yüksək sosial statusa malik insanlarla ünsiyyət zamanı sayıq davranın. Dostlar və tərəfdaşlarla münasibətlərə fikir verin. Yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə tamaslarda qarşılıqlı rəğbətlə yanaşı, qeyri-sağlam rəqabət də var.

Şübhələr, gələcəyə inamsızlıq şəxsi münasibətlərdə problemlər yarada bilər. Emosional dəstəyə ehtiyacınız var. Tənqidlər və iradlar az olmayacaq.

Buğa - kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün əlverişli gündür. İşgüzar duyumunuz kəskin olsun. Qəbul etdiyiniz qərarlar və atdığınız addımların yanlış olmamasına çalışın. Gəlirlərin həcmi gözləntilərdən bir qədər artıq ola bilər. Müttəfiq və ya tərəfdaşla fikir ayrılıqları əsəbləri tarıma çəkəcək. Gələcəklə bağlı planlar mübahisələr yaradır.

Durumun çətinliyinə rəğmən, soyuqqanlı olun. Sakit və təmkinli davranın.

Yeni formalaşan münasibətlər harmonik olacaq, pozitiv emosiyalar bəxş edəcək.

Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - günün ilk yarısında çox çalışmalı olacaqsınız. Bol, məhsuldar, şövqlü əməyə nail olun. Diqqət tələb edən işlər, gerçəkdən də, maraqlıdır. Ona görə də həmin işlərin öhdəsindən gəlməyə çalışın. Xeyli maraqlı məlumatlar əldə edəcək, faydalı tanışlıqlara nail olacaqsınız.

Maliyyə fonu əlverişlidir. Yaxşı gəlir əldə edə bilərsiniz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Romantik tanışlıqlar, yeni macəralar və güclü hisslər zamanıdır.

Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək.

Xərçəng - gün müstəsna uğurlar və ya sürətli irəliləyiş vəd etmir. Xoş hadisələrlə müqayisədə təlaş və narahatlıq daha çoxdur. İşdə vəziyyət gərginləşəcək. Həmkarlarınızla və rəhbərliklə mübahisələr etməyin. Yeni işə, layihəyə başlamaq məsləhət deyil. Mənfi təmayüllərinizin əhvalınıza təsiri ciddi olsa da, ruhdan düşməyin, soyuqqanlı davranın.

Sevdiyiniz insanla dartışmalara yol verməyin. Münaqişəyə səbəbkar olmayın. Axşam saatlarında gəzinti, aktiv istirahət məsləhətdir. Nikbin olun, pis fikirlərə uymayın.

Şir - rəqiblərlə mübarizini intensivləşdirmək əvəzinə müttəfiq və tərəfdaşların axtarışı ilə məşğulş olsanız, peşəkar fəaliyyət müstəvisndə uğur qazanacaqsınız. Sonradan möhkəm və uzunmüddətli olacaq ittifaq yarana bilər. Birgə layihəyə başlaya bilərsiniz. Həmin layihə gəlir gətirəcək. Yeni işdə fəaliyyətə başlayanda diqqətli olun.

Günün ikinci yarısı yeni romantik münasibətlər üçün əlverişli zamandır. Ciddi problemi tərəfdaşınızla birlikdə həll edə bilərsiniz. Təşəbbüskar olun. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında yorğunluq və səhhətdə problemlər hiss etməyəcəksiniz.

Qız - peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar, ciddi problemlər yaşana bilər. Mənfi təmayüllərin təsiri günün ikinci yarısına yaxın daha da artacaq. Həmin zamanda mühüm heç nəyə başlamayın. İndiyədək münasibətlərinizin əla olduğu insanlar sizi kəskin və sərt tənqid edir, əvvəlki səhvləri xatırladırlar. Onlar sanki münasibətləri korlamaq üçün əllərindən gələni edirlər.

Günün ikinci yarısında soyuqqanlı və təmkinli qalmaq üçün səy göstərin. Emosiyaların əsiri olmayın. Başqalarının qalmaqal salacağı yerdə siz konstruktiv dialoq aparın. Belə davranışınızı görəcək və dəyərləndirəcəklər. Amma dəyərləndirmə bir qədər gec olacaq.

Tərəzi - maliyyə məsələlərinin həlli, kommersiya fəaliyyəti üçün yaxşı gün deyil. Əvvəlcədən nəzərdə tutmayıbsınızsa, alış-veriş etməyin. İstənilən layihəni etibarlı, sınanmış tərəfdaşların dəstəyi ilə həyata keçirin.

Yeni tanışlarla tərəfdaşlığa başlamaq üçün münasib gün deyil.

Seçilən
239
50
publika.az

10Mənbələr