Bir gün əvvəl ikinci müddətə yenidən seçilmək cəhdindən əl çəkərək, seçki yarışından geri çəkilməyə qərar verən ABŞ prezidenti Co Bayden istefa verməyəcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.
“Biz Amerika Birləşmiş Ştatlarıyıq və birlikdə işləsək, mümkünsüz heç nə yoxdur. Sadəcə kim olduğumuzu xatırlamalıyıq. Mən prezidentliyimi bunu sübut etməyə həsr etmişəm və sizin prezident olmaq şərəfinə nail olduğum üçün bu gün, sabah və hər gün bunu etməyə davam edəcəyəm”, - deyə Bayden bildirib.
Bayden iyulun 21-də prezidentlik yarışından çəkildiyini, bunu partiyasının və ölkənin maraqları üçün etdiyini açıqlayıb.