AZ

Kolumbiya prezidenti korridanı qadağan edən qanun layihəsini imzalayıb

Kolumbiya prezidenti Qustavo Petro 2027-ci ildən öküz döyüşünü qadağan edən qanunu imzalayıb.

“Report” xəbər verir ki, parlamentin təsdiq etdiyi qanunda korridaların tam qadağan olunmasına qədər üç illik keçid dövrü nəzərdə tutulur.

Bu müddət ərzində hökumətin heyvanları qorumaq üçün müəyyən etdiyi şərtlərə uyğun olaraq ölkədə korralejaların (Kolumbiyada öküz döyüşünün ənənəvi forması) hələ də keçirilməsinə icazə veriləcək.

Səlahiyyətlilərin fikrincə, keçid dövrü korrida sənayesi ilə məşğul olan insanlara gəlir əldə etmək üçün yeni fəaliyyət tapmağa imkan verəcək. Latın Amerikasında Venesuela, Meksika, Peru və Ekvadorda korrida hələ də tam qadağan edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
report.az

10Mənbələr