AZ

“Böyük Qayıdış: Qarabağ” filminin nümayişi

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində Qarabağa qayıdışı və bu böl­gədə həyatın yenidən canlanmasını, ümumilikdə, işğaldan azad olunmuş əra­zilərdə aparılan bərpa-quruculuq işlərini təsvir edən “Böyük Qayıdış: Qarabağ” sənədli filmi nümayiş etdirilib.

Əvvəlcə filmin müəllifi, "TRT World"un jurnalisti Oubai Şahbandar çıxış edərək ekran əsəri barədə məlumat verib. Bil­dirib ki, filmin ərsəyə gəlməsində əsas məqsəd yalnız münaqişənin tarixi və si­yasi tərəflərini deyil, insanların ədalətli mübarizələrini və fərdi hekayələrini vur­ğulamaq, onların ən çətin şəraitdə belə ümid və nikbinliklə yaşamağa davam etdiklərini nümayiş etdirmək idi.

Həmmüəllif Adnan Hüseyn sənədli filmində Azərbaycan vətən­daşlarının gücünü və mübariz ruhu­nu göstərməyə çalışdıqlarını qeyd edib. O, vurğulayıb ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qara­bağ bölgəsində inamlı Böyük Qayı­dış proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məc­buri köçkünlər evlərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.

Sonra film təqdim olunub.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
8
xalqqazeti.az

10Mənbələr