İyulun 23-ü çərşənbə axşamı səhər Rusiya Federasiyasının Krasnodar vilayətində “Kavkaz” limanına hücum edilib. “Crimean Wind” (“Krımskiy veter”) Telegram kanalı xəbər verir ki, hədəf dəmir yolu bərəsi olub.
O da bildirilir ki, partlayışdan sonra təcili yardım maşınları və yanğınsöndürənlər “Kavkaz” limanına doğru hərəkət edirmiş.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Kerçdə güclü partlayışın baş verməsi və bundan sonra qeyri-qanuni tikilmiş Krım körpüsünün nəqliyyatın hərəkəti üçün bağlanması barədə xəbər verilmişdi.
O da bildiriblər ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Mitridat dağından Kuban istiqamətində hədəfləri atəşə tutub.
Əli Babayev